Payızlıq dənli bitkilərin toxumları aşağıda qeyd olunan üsullarla səpilir:

  • Adi cərgəli (cərgəarası 15 santimetr);
  • Çarpaz üsul (15 x 15 santimetr);
  • Darcərgəli (cərgəarası 7.5 santimetr);
  • Tirəli üsul.

Adi cərgəvi səpin üsulu

Adi cərgəvi üsul çox geniş yayılmamışdır. Həmçinin bu səpin üsulunda cərgədə bitkilər sıx yerləşir, onlar qida maddələri, nəmlik və günəş enerjisindən səmərəli istifadə edə bilmir.

Çarpaz səpin üsulu

Çarpaz səpin üsulunun bir çox çatışmayan cəhətləri vardır:

  • Bu üsulla səpinə çox vaxt sərf olunur;

Dənli bitkilərin səpin müddəti və səpin normaları haqda buradan ətraflı oxuya bilərsiniz

  • Yanacaq çox işlənir;
  • Əmək haqqı və səpin üçün istifadə olunan texnikanın xərcləri iki dəfə çox olur;
  • Səpin aparan texnika eyni sahədən iki dəfə keçməklə torpağın mexaniki tərkibini pozur və onu bərkidir;
  • Toxumsəpən maşın uzununa səpilmiş sahəni eninə səpərkən torpaqdakı toxumun bir hissəsini torpağın üst hissəsinə çıxardır.

çarpaz səpin üsulu

Darcərgəli səpin üsulu

Payızlıq dənli bitkilərin toxumlarının ən əlverişli səpin üsulu darcərgəli üsuldur. Bu üsulla səpdikdə bir hektar sahədə cərgələrin sayı iki dəfə artdığına görə cərgədə bitkilərarası məsafə də genişlənir.

Belə əkinlərdə bitkilər su, qida maddələri və günəş işığından daha səmərəli istifadə etdiyinə görə yüksək məhsul verir. Bu üsulla səpin zamanı alaq bitkiləri çox yayıla bilmir.

Taxılın səpindən sonra suvarılması haqda ətraflı oxuyun

Tirəli səpin üsulu

Respublikanın suvarılan bölgələri, iri taxılçılıq təsərrüfatlarında dənli sünbüllü bitkilərdən yüksək və sabit məhsulun alınması üçün bu bitkilərin becərilməsində mütərəqqi və səmərəli texnologiyalardan istifadə edilməsi əsas tədbirlərdən hesab edilir.

tirəli səpin üsulu

Bu texnologiyaların əsas və başlıca elementlərindən biri bu bitkilərin tirəli səpin üsulu ilə becərilməsidir. Bu üsulla dənli taxıl bitkiləri şırımlararası məsafə 60-70, 70-80 və 80-90 santimetr olan gencərgəli tirələrə səpilir.

Tirələr üzərində 2, 3 və 4 cərgədə cərgəarası məsafə 15-20 santimetr olmaqla toxum səpilir və bitkilər tirələrarası şırımlar vasitəsilə suvarılır. Bu üsul çox əlverişli və iqtisadi cəhətdən səmərəli üsul hesab olunur.

Hal-hazırda respublikanın əksər suvarılan bölgələrində fermerlər payızlıq buğdanı cərgəarası 15 santimetr, hər hektar üçün 220-250 kiloqram toxum götürülərək cərgəvi üsulla səpirlər.

Toxum seçimi zamanı nələrə diqqət etməliyik?

Ancaq yeni taxıl texnologiyası olan tirəli səpin üsulunda isə payızlıq buğdanın səpin norması hər hektara 130-140 kiloqram toxum götürülərək səpilir.

səpin üsulları

Seçilmiş bitki üçün toxumların lazım olan dərinliyə basdırılması

Toxumlar torpağa elə səpilməlidir ki, onlar rütubət, istilik və hava ilə tamamilə təmin olunsun.

Torpağın səpinqabağı becərilməsi haqda daha ətraflı oxumaq üçün bu keçidə daxil olun.

Toxumların basdırılma dərinliyi toxumun iriliyi, səpin zamanı torpağın rütubəti, torpağın mexaniki tərkibi və bitkinin növündən asılıdır:

  • Toxumlar nə qədər xırda olsa, onları o qədər də dayaz basdırmaq lazımdır, çünki onlardakı qida maddələrinin ehtiyatı, cücərtilər torpağın səthinə çıxana qədər qurtara bilər.
  • İri toxumlar dərin basdırılır. Rütubətli torpaqlarda toxumlar dayaz, quru torpaqlarda dərin basdırılır.

toxumların lazımi dərinliyə basdırılması

Toxumların basdırılma dərinliyi bitkilərin bioloji xüsusiyyətlərindən də asılıdır. Payızlıq taxılların toxumları dərin basdırılır ki, onların kollanma hissəsi dərinə düşsün və şaxtadan bitkini qoruya bilsin.

Taxıl becərilməsinin 6 önəmli mərhələsi haqda BURADAN OXUYA BİLƏRSİNİZ

Toxumları torpağa normal dərinlikdə basdırmaq üçün əsas şərt sahənin səthinin hamarlanmış olmasıdır. Əgər sahənin səthi hamar olmasa, kəsəkli olsa, toxumsəpən maşın toxumu bərabər dərinliyə səpə bilməyəcək.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon