FERMERİN EHTİYACI OLAN HƏR ŞEY BİR MƏRKƏZDƏ! 

Gubre.az fermerlər üçün müxtəlif növ toxum çeşidlərinin, gübrələrin və bitki qoruma vasitələrinin bütün ölkə üzrə pərakəndə satışını həyata keçirən bir aqrar ticarət şəbəkəsidir. Ticarət şəkəbəsi “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-yə məxsusdur.

Kənd təsərrüfatı sektoru üzrə Azərbaycanda geniş pərakəndə satış şəbəkəsi ilə gubre.az sizə ən yaxın və ən əlçatan ticarət markasıdır. Vaxtınıza və enerjinizə qənaət edəsiniz, təsərrüfatınıza və ailənizə daha çox vaxt ayırasınız deyə satış mərkəzlərimizi hər gün daha da artırır, hər rayon, hər qəsəbə və kəndə ehtiyacınız olan məhsulların satışını təşkil edirik. Əməkdaşlarımız həftənin yeddi günü xidmətinizdədir.

Bir zəng qədər yaxın. 

Satış mərkəzlərimizə gəlməkdə çətinlik çəkən fermerlərimiz üçün isə ixtisaslaşmış Çağrı Mərkəzimiz fəaliyyət göstərir. 828 qısa nömrəsinə zəng edərək, çeşidlər və onların satış şərtləri ilə maraqlana, həmçinin sifariş edə bilərsiniz.

Kənd təsərrüfatı sahəsində müasir texnologiyaların tətbiqi yolu ilə müştərilərimizin daha rahat şəkildə və az vaxt sərf edərək, ehtiyacı olan məhsulları sifariş edə bilməsi üçün çalışırıq. Bu vebsayt vasitəsilə, nəinki əkinçilik və maldarlıq ilə bağlı faydalı məlumatlar əldə edər, həm də toxum, gübrə və bitki dərmanlarını onlayn şəkildə sifariş edə, təklif və şikayətlərinizlə bağlı müraciət ünvanlaya bilərsiniz. 

Səyyar satış. 

Fermerlərimizin işini daha da asanlaşdırmaq və xüsusilə də rayon mərkəzlərindən uzaq kəndlərdə təsərrüfat fəaliyyəti ilə məşğul olan kəndlilərimiz üçün Səyyar Satış komandamız vaxtaşırı olaraq birbaşa kəndlərə çatdırma da edir.

Satış mərkəzlərimizdə Fermer Kartları vasitəsi ilə toxum, gübrə və bitki mühafizə vasitələri ala bilərsiniz.

Pulunuza qənaət edə biləsiniz deyə dünyanın müxtəlif ölkələrindən ən münasib qiymətə və hər büdcəyə uyğun bitki mühafizə vasitələri, toxum çeşidləri və gübrə növlərinin satışını həyata keçiririk. Satış nöqtələrimizdə vaxtaşırı kampaniyalar təşkil edirik ki, fermerlərimiz təsərrüfat ehtiyaclarını daha münasib qiymətlərə əldə edə bilsin.

Məhsulunuz bizim üçün çox vacibdir. 

Sizin də, bizim də, ölkəmizin də maddi rifahı, məhz, fermerlərin məhsulunun keyfiyyəti və verimliliyindən asılıdır.  Bu baxımdan, istər toxum növləri olsun, istərsə də gübrə və bitki mühafizə vasitə çeşidləri – sizə təklif etdiyimiz bütün məhsulları xüsusi diqqət və həssaslıqla seçir və yalnız sertifikatlaşmış məhsulların satışını təşkil edirik. 

Aqronom məsləhəti. 

Hazırda fermerlərimizin ən böyük çətinliklərindən biri də kənd təsərrüfatı mütəxəssislərinin çatışmaması, müasir bitki mühafizə və gübrələmə vasitələri barədə məlumatlarının yetəri qədər olmaması və bu səbəbdən də bazarda mövcud olan çoxsaylı çeşid və marka arasından doğru seçim etmək bəzən müşkül məsələyə çevrilir. Məhz, hər bir fermerə onun təsərrüfat ehtiyaclarına uyğun toxum seçimi və gübrələmə proqramlarının təyin edilməsində kömək etmək məqsədi ilə şirkətimiz onlara aqranom məsləhəti xidmətini də təqdim edir.

Düzgün toxum seçimi və gübrələmə proqramlarının təyin edilməsi üçün ən başlıca məqam torpağın tərkibini müəyyən etməkdir. gubre.az ilə fermerlərimizin bu probleminin də həlli var - xüsusi mərkəzimizə torpaq nümunələrini təhvil verməklə, fermerlərimiz asanlıqla əkin torpaqlarının tərkibini, fiziki və kimyəvi xüsusiyyətlərini öyrənə və sırf onlara uyğun olan fərdi gübrələmə proqramı əldə edə bilərlər.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon