Səpindən sonra aparılan suvarmaya səpsuvar deyilir. Səpsuvar zolaq və ya şırım üsulu ilə aparılmalıdır.
Zolaqlarla suvarma üsulu
Zolaqlarla suvarma üsulu dənli bitkilərin arat səpini, digər darcərgəli bitkilər, otlar, eləcə də xırda toxumlu tərəvəz bitkilərinin (soğan, kök və s.) suvarılmasında və duzlu tоrpaqların yuyulmasında tətbiq olunur.
Bu üsul mailliyi 0.0005-0.02- ya qədər оlan sahələrə tətbiq оluna bilər.
Taxıl becərilməsinin 6 önəmli mərhələsi haqda oxumaq üçün keçidə daxil olun.
Zolaqlarla suvarma üsulunun müsbət cəhətləri:
- Texniki cəhətdən suvarmanın asan aparılması;
- Suvarma zamanı zolaq boyunca torpaq qatının bərabər isladılması;
- Kənd təsərrüfatı maşınları üçün əlverişli iş şəraitinin yaradılması və s.
Zolaqlarla suvarmanın mənfi cəhətləri:
- Suvarma zamanı torpaqda hava və qida rejimi və torpağın strukturunun müəyyən dərəcədə pozulması.
Zоlaqların eni və uzunu tоrpaqların susızdırma qabiliyyəti, yer səthinin mailliyi və suvarılan tarlanın nə dərəcədə hamarlanmasından asılıdır. Suvarma suyu zolaqlarla torpağın 3-4 santimetr dərinliyinə çökərək tədricən mailliklə torpağı nəmləndirir.
Səpin üsulları haqda ətraflı oxuyun
Şırım suvarma üsulu
Şırım üsulu ilə suvarma geniş cərgəli bitkilər, bağlar, üzümlüklər, daha çox isə dənli bitkilər, digər darcərgəli bitkilərin suvarılmasında, həmçinin, torpağın rütubəttoplayıcı və səpindən əvvəl suvarılmasında geniş tətbiq olunur.
Şırımlarla suvarmada tоrpağın strukturu yaxşı saxlanılır, çünki bu halda tоrpaq yaxşı suvarılır. Şırımlararası məsafə yüngül tərkibli torpaqlarda 50-60 santimetr, orta tərkibli torpaqlarda 60-80 santimetr, ağır tərkibli torpaqlarda isə 70-90 santimetr qəbul olunur.
Torpağın səpinqabağı becərilməsi haqda daha ətraflı oxumaq üçün bu keçidə daxil olun.
Suvarma şırımlarının dərinliyi bütün hallarda 13-15 santimetr olmalıdır. Bu zaman zolağın eni 15-20 metr, uzunluğu 150-200 metr, bəzən isə 300-400 metr ola bilər.
Səpsuvar üçün bölgələrdən asılı olaraq hektara 800-900 kub metr (şırım üsulunda) və 900-1100 kub metr (zolaq üsulunda) su sərfi yaxşı norma hesab olunur.
Azərbaycan Respublikasının zonalarından asılı olaraq payızlıq dənli bitkilərin suvarılma müddətləri və normaları aşağıdakı cədvəldə verilmişdir.
Dənli bitkilərin səpin müddəti və səpin normaları haqda buradan ətraflı oxuya bilərsiniz
Qeyd: Hər il üçün yağan yağışa görə cədvəldə göstərilən suvarma rejimi dəyişilə bilər. Şərti işarələr: arat - A (səpindən əvvəl sahə suvarılır və sonra toxum əkilir. Sahədə rütubətlilik yaradılır ki, toxum tez inkişaf etsin), səpsuvar - S (toxum səpiləndən dərhal sonra suvarılır), 1, 2, 3, 4 - vegetasiya suvarmaları (toxum əkiləndən məhsul yığılana qədər suvarma nəzərdə tutulur). Zolaqlarla suvarma yüngül torpaqlarda və dar cərgələrdə səpilmiş əkinlərdə tətbiq edilir.
Payızlıq dənli bitkilərin suvarılma müddətləri və normaları
Zonaların və inzibati rayonların adı | Suvarmalar | Suvarmanın başlanması | Suvarmanın bitməsi | Suvarma norması (kub metr /hektar) | |
Gəncə-Qazax zonası: Tovuz, Şəmkir, Xanlar, Goranboy və Qazax rayonları | A S 1 2 3 | 15.IX 15.IX 1.IV 1.V 20.V | 1.X 15.XI 20.IV 20.V 5.VI | 1100-1200 1000-1100 800-900 800-1000 800-1000 | |
Muğan-Salyan zonası: Sabirabad, Saatlı, Salyan, İmişli, Biləsuvar və Cəlilabad rayonları | A S 1 2 3 | 15.IX 25.IX 20.III 15.IV 5.V | 1.X 5.XI 20.IV 10.V 20.V | 1200-1500 1100 1000 1000 1000 | |
Quba-Xaçmaz zonası: Qusar, Xaçmaz və Quba rayonları | S 1 2 | 10.IX 25.III 5.V | 10.X 10.V 15.V | 1100 900 900 | |
Şəki-Zaqatala zonası: Balakən, Zaqatala, Qax, Şəki, İsmayıllı, Oğuz, Qəbələ rayonları | S 1 2 | 20.IX 5.V 10.V | 10.XI 15.V 10.V | 1000 900 900 | |
Naxçıvan MR | A S 1 2 3 | 10.IX 15.IX 15.III 11.IV 5.V | 1.X 30.X 10.IV 5.V 25.V | 1200 1100 1100 800 900 | |
Mil-Qarabağ zonası: Ağdam, Tərtər, Ağcabədi, Bərdə, Yevlax, Füzuli, Zəngilan və Qubadlı rayonları | A S 1 2 3 | 15.IX 15.IX 20.III 20.IV 20.V | 1.X 15.XI 20.IV 20.V 5.VI | 1100-1200 1100-1100 800 900 900 | |
Şirvan zonası: Kürdəmir, Ağsu, Göyçay və Ucar rayonları | A S 1 2 3 | 15.IX 25.IX 20.III 20.IV 20. V | 1.X 20.X 25.IV 15.V 1.VI | 1200-1300 0 900 1000 1000 | |
Abşeron zonası: Şabran və Abşeron rayonları | S 1 2 3 | 10.IX 10.III 6.IV 1.V | 15.V 30.III 25.IV 15.V | 600-1000 650-900 650-900 600 |