gubre.az-dan fermerlərimiz üçün əla fürsət!
30 noyabr tarixinə qədər 250 kq yerli buğda və ya arpa toxumu alana, 50 kq toxum HƏDİYYƏ verilir!
Satışda olan toxum çeşidləri ilə bağlı məlumat:
Gövdəsi möhkəm, yatmaya davamlı olan “Qobustan” buğda toxumu tezyetişkəndir. Müxtəlif bölgələrdə keçirilən ekoloji sınaqlar zamanı rayonlaşmış sortlardan 20-40% artıq dən məhsul verdiyi görülmüşdür.
“Qırmızı gül – 1” buğda toxumu ekoloji sınaqlarda rayonlaşmış sortlardan orta hesabla 1,02 t/ha daha artıq məhsul vermişdir.
“Cəlilabad – 19” arpa toxumunun gövdəsi yatmaya davamlıdır. Bölgə üçün rayonlaşmış sortdan 5-8 gün tez yetişir. Sort yüksək məhsuldarlığı ilə seçilib, Cəlilabad Bölgə Təcrübə Stansiyasında tədqiqatlar zamanı standart sortdan 1,45 ton artıq məhsul vermişdir.
“Qarabağ – 22” arpa toxumu intensiv tipli olub, gövdəsi yatmaya davamlıdır. “Qarabağ – 22” məhsuldar sortdur və potensial məhsuldarlığı hektardan 70-75 sentnerdir. Duza, quraqlığa, unlu şeh və sürmə xəstəliklərinə davamlı, pas xəstəliklərinə isə az davamlıdır.
Payızlıq olan “Dəyanətli” arpa toxumu yatmaya, dəninin tökülməsinə tam davamlıdır və asan döyüləndir. “Cəlilabad-19” sortundan 3-4 gün daha tez yetişir. Sortun nəmliklə təmin olunmamış dağlıq dəmyə şəraitində üçillik orta məhsuldarlığı “Cəlilabad -19” sortuna nisbətən 0,92 t/ha çoxdur.
Kampaniya bitmədən yararlanmağa tələsin!
Məhsul sifariş vermək üçün 828 qısa nömrəsinə zəng edin və ya keçidə daxil olun.
Məhsulunuz bol olsun!