Venison 150 SC / Indoxacarb 150 g/l / Sunset Kimya / 0,5 lt, əd

44.2 ₼

Səbətə əlavə et
Kateqoriya: Məhsulun adı: Venison 150 SC / Indoxacarb 150 g/l / Sunset Kimya / 0,5 lt, əd / 32

Məlumat

VENISON 150 SC zərərvericilərlə mübarizədə istifadə edilən mədə və əlaqə təsirli bir insektisiddir. Zərərli sürfələrin hər dövründə təsir edir. Böcəklərdə sinir hüceyrələrində mədə kanallarını tıxayaraq təsir edər və dərmanlamdan qısa bir müddət sonra zərərlilərin qidalanma və digər fəaliyyətlərini dayandırı və ya çox azaldır. 24-60 saat ərzində zərərvericilər ölür. VENISON 150 SC dərmanlamasından sonra bitkinin üstündə dərman qurumasından sonra yağan yağışlardan dərmanın təsirini azaltmaz və təkrar dərmanlamağa ehtiyac qalmaz.

DƏRMANIN İSTİFADƏYƏ HAZIRLANMASI:
Tövsiyyə edilən dozası üzərindən hesablanan bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarsı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəzəiyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir.

KALİBRASİYA:
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlamalarda sahəyə tətbiq ediləcək dərman qarışımı miqdarı düzgün müəyyən edilməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.

DƏRMANLAMA ALƏTİNİN TƏMİZLƏNMƏSİ:
Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.

DƏRMANIN İSTİFADƏ QAYDASI:
ÜZÜMDƏ SALXIM GÜVƏSİNƏ QARŞI: Salxım güvəsinə qarşı dərmanlama təxmin-xəbərdarlıq xəbərdarlıq sisteminə görə aparılmalıdır. Sürfə dərmanlaması üçün tələlərdə tutulan kəpənək sayı zirvə nöqtəyə çatıb, düşməyə başlamalı, ümumi effektiv istilik cəmi ilk nəsildə 120 gün-dərəcə, alaqaranlıq istiliyi ardıcıl 2 gün 150C və üstündə olmalı və sonrakı günlərdə davam etməlidir. Effektiv istilik cəmi 2-ci nəsildə 520 gün-dərəcə, 3-cü nəsildə 1047 gün-dərəcəyə çatmalı, üzüm fenologiyası 1-ci nəsildə çiçək qönçəsində, 2-ci nəsildə qoruq və 3-cü nəsildə şirinliyin başlanğıcında olmalıdır. İlk sürfə çıxışı göründüyü zaman dərmanlamağa qərar verilir. Hər nəsildə bir dərmanlama aparılır.

PAMBIQDA PAMBIQ YARPAQ QURDUNA QARŞI: 10-15 addımdan bir olmaqla toplam 25 bitkinin yarpaq, daraq, çiçək və qozaları yoxlanılır. Bitki başına 0,5 sürfə və ya 25 bitkidə 2 yumurta paketi və ya 2 yeni açılmış yumurta paketi görüldüyündə dərmanlama aparılmasına qərar verilir.

PAMBIQDA YAŞIL QURDA QARŞI: Təsadüfi seçilmiş 3 m sıra uzunluğunda olan bütün bitkilər yoxlanılır və yaşıl qurd yumurtaları və sürfələri sayılır və orta hesabla 3 m sıra uzunluğunda 2 sürfə olduqda dərmanlamağa qərar verilir.

QARĞIDALI QURDUNA VƏ GÖVDƏ QURDUNA QARŞI: İlk yumurta aşkar edildiyində dərmanlama aparılır. İlk dərmanlamadan sonra 15 gün ara ilə 2-ci dərmanlama aparılır.

POMİDORDA YAŞIL QURDA QARŞI: Sahəyə künclərdən daxil olub, tarlanın böyüklüyünə görə 50-100 bitki yoxlanılır, bitkinin çiçək, yarpaq, gövdə, meyvə və zoğlarında yumurta və sürfə axtarılır. 100 bitkidən 5-i yoluxmuş olduqda dərmanlama aparılır.

POMİDOR VƏ XİYARDA PAMBIQ YARPAQ QURDUNA QARŞI: sahəyə künclərdən daxil olaraq 100 bitkidə 1-2 yeni açılmış yumurta paketi və ya 4-5 sürfə görüldüyündə zərərvericilər ilə mübarizə lazımdır. Dərmanlama sürfələr dağılmadan aparıldığında yaxşı nəticə əldə edildiyindən dərmanlama zamanına xüsusi diqqət edilməlidir.

ALMA İÇ QURDUNA QARŞI: Alma iç qurduna qarşı dərmanlama təxmin və erkən xəbərdarlıq sisteminə görə aparılmalıdır. Alma iç qurduna qarşı mübarizədə hədəf hər dölə aid sürfə çıxışı müddətində ağacları dərmanlı saxlayaraq yumurtadan çıxan sürfələri meyvə içinə daxil olmadan öldürməkdir.

FINDIQ QURDUNA QARŞI: Meyvələrin mərcimək böyüklüyündə olduğu dövrdə aparılan yoxlamalarda 10 yuvada 2-dən artıq fındıq qurdu görüldüyündə dərmanlama aparılmalıdır.

DƏRMANIN MÜQAVİMƏTİ İLƏ BAĞLI MƏLUMAT:
VENISON 150 SC adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup 22 olaraq sinifləşdirilmiş bir insektisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün VENISON 150 SCni eyni məhsul sezonu dövründə tövsiyyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (22 qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.

VENİSON 150 SC ilə mövsüm ərzində eyni yerdə sürfəlik üzümlərdə 6, qarğıdalıda və şərablıq üzümlərdə 3, pomidor, pambıq və almada 4, fındıqda 1-dən artıq dərmanlama etməyin.

QARIŞDIRILMA ŞƏRTLƏRİ: Bir çox insektisid və funqisidlər ilə qarışdırıla bilər. İstifadədən əvvəl, ön qarışımın sınaq yoxlamalarının aparılması tövsiyə edilir.

SUSPENSIYA KONSENTRATI (SC)
QRUPU | 22 | İNSEKTİSİD (BÖCƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 150 g/L Indoxacarb

• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qidala və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olmasından qoruyun.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyyə edilən dozada (norma) istifadə edin

BU DƏRMANIN TÖVSİYƏ EDİLƏN BİTKİLƏRDƏN ƏLAVƏ
BAŞQA BİTKİLƏRƏ İSTİFADƏSİ QADAĞANDIR.
İstifadə edilmiş dərmanın boş qabının içinə ¼ qədər təmiz su tökərərk, yaxşı çalxalayın, bu suyu dərmanlama alətinin çəninə boşaldın. Bu prosesi 3 dəfə təkakralayın.

ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ:
Udulduğunda və tənəffüs edildiyində zəhərlidir. Dəriyə təması halında həssaslığa səbəb ola bilər.

İLK YARDIM TƏDBİRLƏRİ:
Tənəffüs edilərsə xəstəni dərmanlamış ərazidən uzaqlaşdırıb, təmiz havaya çıxardın. Nəfəs almırsa təcili yardım çağırın və mümkünsə süni tənəffüs edin. Dərhal tibbi yardıma müraciət edin.
Dəri ilə təmas etdikdə çirkli paltarları çıxarın. Dəri ilə təmas etmiş yerləri bol su ilə yuyun. Sonra bol su ilə yuyun və qurulayın, qaşınma olarsa dərhal tibbi yardıma müraciət edin.
Gözlə ilə təmas etdikdə gözü, göz qapaqlarını açıq şəkildə və göz qapaqlarını göz yuvasından mümkün qədər uzaqlaşdıraraq ən azı 15 dəqiqə bol su ilə yuyun. Göz linzaları varsa və rahat çıxardılırsa, çıxardın və yumağa davam edin. Qaşınma olarsa, tibbi yardıma müraciət edin.
Udularsa ən yaxın səhiyyə mərkəzinə müraciət edin bu dərmanın etiketi göstərin və tibbi yardım alın. Tibbi olaraq tövsiyə edilmədikcə qusdurmayın. Xəstə huşsuz deyilsə ağzını bol miqdarda su ilə çalxalayın və bol miqdarda su içirdin. Xəstənin ümumi vəziyyətini dəyərləndirib, əlamətlərə görə müalicə tətbiq edin.
VAKSINİ VƏ MÜALİCƏSİ:
Xüsusi bir vaksini yoxdur. Əlamətlərə görə müalicə tətbiq edilir.

RESPUBLİKA TOKSİKOLOGİYA MƏRKƏZİ
TEL: (+994 12) 597-99-20, (+994 12) 597-99-24


TƏRKİBİ: Dərmanın tərkibində İndoxacarb var.
ZƏRƏRLİLİK İFADƏLƏRİ:
H317 – Alerjik dəri reaksiyasına səbəb ola bilər.
H410 – Ətraf mühütdə uzun müddət qalıcı və çox toksik təsirilidir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:
P261 – Tüstüsünü, spreyini nəfəs almaqdan çəkinin.
P272 – Çirkli paltarları iş yerindən qırağa çıxarmayın.
P280 - Qoruyucu əlcəklər/qoruyucu geyimlər/gözlərin mühafizəsi/üzün mühafizəsi vasitələrindən istifadə edin.
P501 - İçindəkiləri/konteyneri tullantıları qaydalara uyğun şəkildə boşaldın, məhv edin.
EUH401 - İnsan sağlamlığına və ətraf mühitə risklərdən yayınmaq üçün istifadə təlimatlarına riayət edin.

İSTİFADƏ EDƏRKƏN VƏ SAXLAYARKƏN DİQQƏT EDİLƏCƏK XÜSUSİYYƏTLƏR:
• Bal arıları və tozlayıcı arıların (bombus arıları) aktif olmadığı zamanlarda tətbiq edilməlidir. (Misal üçün səhər tezdən və ya axşam saatlarında) Bombus arıları tozlayıcı olaraq gəzdiyi yerlərdə yuvaların VENİSON 150 SC dərmanlamasından əvvəl bağlanılması və 72 saat ərzində bağlı tutulması tövsiyyə olunur.
• Balıqlar üçün zəhərlidir. Yeraltı və yerüstü su qaynaqlarına boşaltmayın.
• Arılar üçün zəhərlidir. Çiçəklənmə dövründə istifadə etməyin.
• VENİSON 150 SC yararlı böcəklər, tozlayıcı arılar və parazitoitlər ilə yüksək seçiciliyi nəzərə alaraq İnteqrasiya Mübarizə Proqramında istifadə edilir.

SAXLANMA QAYDASI:
Normal (sərin və quru) şərtlərdə orjinal qablarda, açılmadan saxlanıldıqda 2 il müddətində fiziki, kimyəvi və bioloji özəlliklərində heç bir dəyişiklik (görünüş xaric) olmaz.

İSTEHSALÇININ BƏYANATI:
Orijinal qablaşdırmalarda satılmaq şərti ilə istehsalçı dərmanların keyfiyyətinə zəmanət verir. İstehsalçı saxlanma şərtləri pozulduqda və ya istifadə qaydalarına uyğun dərmanlama həyata keçirilmədikdə məhsulun keyfiyyətinə zəmanət vermir və hər hansı bir zərər üçün öhdəlik daşımır.

LİSENZİYA SAHİBİ və İSTEHSALÇI ŞİRKƏT:
SUNSET KİMYA TARIM ÜRÜNLERİ VE ALETLERİ İML. PAZ. SAN. VE TİC. LTD. ŞTİ. Adana Hacı Sabancı Organize Sanayi Bölgesi Toros Cad. No:11 Sarıçam/ADANA
Tel: 0 (322) 394 51 71-72 Fax: 0 (322) 394 51 73

Video

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon