Afaroz 40 SL / 40 g/l Imazamox / Sunset Tarim / 1 lt, lt
32 ₼
Məlumat
İSTİFADƏ OLUNDUĞU BİTKİ VƏ YABANI OTLAR:
DƏRMANIN İSTİFADƏYƏ HAZRILANMASI:
Tövsiyyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəni yarıya qədər su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəzəiyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hektara istifadə ediləcək su miqdarı 200-400 litr olmalıdır, dərmanlamada yelpikvarı başlıqlar istifadə edilməldir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir.
KALİBRASİYA:
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Müəyyən bir əraziyə veriləcək dərmanlı suyun miqdarı, təcrübədə yaxşı bir örtük təmin etmək üçün tənzimlənməlidir.Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.
DƏRMANLAMA ALƏTİNİN TƏMİZLƏNMƏSİ:
Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
DƏRMANIN İSTİFADƏ QAYDASI:
Dərman yabanı otların sap və yarpaqları tərəfindən asanlıqla əmilir və bitkinin hər tərəfinə yayılır. Dərman yabanı otların böyüməsinə mane olur və 3-4 həftə ərzində onları tamamilə yox edir.
İMİ Dözümlü Günəbaxan Növləri: AFOROZ 40 SL IMI dözümlü günəbaxan növləri üçün istifadə edilir. Sezon daxilində bir dəfə tətbiq edilməsi uyğun görülmüşdür. Yaxşı nəticə əldə etmək üçün sahədəki yabanı otları müəyyən etmək və onları nəzərdə saxlamaq lazımdır. Proseduralar günəbaxan bitkisinin 4-10 yarpaqlı, yabanı otların 2-5 yarpaqlı olduğu dövrdə həyata keçirilməlidir. Tətbiq zamanı əgər əsas hədəf orobanş isə bu zaman günəbaxan bitkisinin 6-10 yarpaqlı olduğu dövrdə dərmanlama aparılmalıdır.
SUDA HƏLL OLAN KONSENTRAT (SL)
QRUPU | B, 2 | HERBİSİD (YABANI OT DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 40 g/L Imazamox
Əvvəlcə etiketdəki məlumatları oxuyun.
Evdə istifadə etməyin.
Uşaqlardan, qidala və heyvan yemlərindən uzaqda saxlayın.
Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olmasına qoymayın.
İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyyə edilən dozada (norma) istifadə edin.
BU DƏRMANIN TÖVSİYƏ EDİLƏN BİTKİLƏRDƏN ƏLAVƏ
BAŞQA BİTKİLƏRƏ İSTİFADƏSİ QADAĞANDIR.
İstifadə edilmiş dərmanın boş qabının içinə ¼ qədər təmiz su tökərərk, yaxşı çalxalayın, bu suyu dərmanlama alətinin çəninə boşaldın. Bu prosesi 3 dəfə təkakralayın.
ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ:
Zəhərlənmənin ümumi əlamətləri görünə bilər.
İLK YARDIM TƏDBİRLƏRİ:
Tənəffüs edilərsə məruz qalan xəstəni dərmanlamış ərazidən uzaqlaşdırıb, təmiz havaya çıxardın, nəfəs almırsa tibbi yardım çağırın və mümkünsə süni tənəffüs edin. Təcili tibbi yardıma müraciət edin.
Dəri ilə təmas etdikdə çirkli paltarları çıxarın. Təmas etmiş hissələri bol su və sabun ilə yuyun, qurulayın, qaşınma olarsa dərhal tibbi yardıma müraciət edin.
Gözlə ilə təmas etdikdə məruz qalan gözü, göz qapaqlarını açıq şəkildə və göz qapaqlarını göz yuvasından mümkün qədər uzaqlaşdıraraq ən azı 15 dəqiqə bol su ilə yuyun. Göz linzaları varsa və rahat çıxardılırsa, çıxardın və yumağa davam edin. Qaşınma baş verərsə, tibbi yardım alın.
Udularsa ən yaxın səhiyyə mərkəzinə müraciət edin bu dərmanın etiketi göstərin və tibbi yardım alın. Tibbi olaraq tövsiyə edilmədikcə qusdurmayın. Xəstə huşsuz deyilsə ağzını bol miqdarda su ilə çalxalayın və bol miqdarda su içirdin. Xəstənin ümumi vəziyyətini dəyərləndirib, əlamətlərə görə müalicə tətbiq edin.
VAKSİNİ VƏ MÜALİCƏSİ:
Xüsusi vaksini yoxdur. Əlamətlərə uyğun müalicə tətbiq edilir.
RESPUBLİKA TOKSİKOLOGİYA MƏRKƏZİ
TEL: (+994 12) 597-99-20, (+994 12) 597-99-24
TƏRKİBİ: Dərmanın tərkibində İmazamox var.
ZƏRƏRLİLİK İFADƏLƏRİ:
H411 – Ətraf mühitdə uzun müddət qalıcı,toksik təsirlidir.
TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:
P273 – Ətraf mühitə buraxılmasından yayının.
P280 – Qoruyucu əlcəklər/qoruyucu geyimlər/gözlərin mühafizəsi/üzün mühafizəsi vasitələrindən istifadə edin.
P501 - İçindəkiləri/konteyneri tullantıları qaydalara uyğun şəkildə boşaldın, məhv edin.
EUH401 - İnsan sağlamlığına və ətraf mühitə risklərdən yayınmaq üçün istifadə təlimatlarına riayət edin.
İSTİFADƏ EDƏRKƏN VƏ SAXLAYARKƏN DİQQƏT EDİLƏCƏK XÜSUSİYYƏTLƏR:
• Arılar üçün zəhərlidir, çiçəklənmə dövründə istifadə etməyin.
• Balıqlar üçün zəhərlidir, Yeraltı və yerüstü sulara axıtmayın.
• Dərmanlama zamanı digər mədəni bitkilərə çiləməyin sulama mənbələrinə boşaltmayın.
• İqlim və torpaq şəraiti uyğun olmadığı dövrlərdə herbisid tətbiqi saralma və digər görünüşlərə səbəb ola bilər. Bu tipli əlamətlər normaldır və bir müddət sonra keçir.
• Dərmanlama yağışsız və sakit günlərdə edilməldir.
• Tövsiyyə edilən dozada (normada) istifadə edildiyində mədəni bitkilərdə fitotoksik deyildir.
• Dərmanın boş qablarını başqa məqsədlər üçün istifadə etməyin, qaydasına görə məhv edin.
• Birbaşa günəş işığından və istidən qoruyun.
SAXLANMA QAYDASI:
Normal (sərin və quru) şərtlərdə orjinal qablarda, açılmadan saxlanıldıqda 2 il müddətində fiziki, kimyəvi və bioloji özəlliklərində heç bir dəyişiklik (görünüş xaric) olmaz.
İSTEHSALÇININ BƏYANATI:
Orijinal qablaşdırmalarda satılmaq şərti ilə istehsalçı dərmanların keyfiyyətinə zəmanət verir. İstehsalçı saxlanma şərtləri pozulduqda və ya istifadə qaydalarına uyğun dərmanlama həyata keçirilmədikdə məhsulun keyfiyyətinə zəmanət vermir və hər hansı bir zərər üçün öhdəlik daşımır.
LİSENZİYA SAHİBİ və İSTEHSALÇI ŞİRKƏT:
SUNSET KİMYA TARIM ÜRÜNLERİ VE ALETLERİ İML. PAZ. SAN. VE TİC. LTD. ŞTİ. Adana Hacı Sabancı Organize Sanayi Bölgesi Toros Cad. No:11 Sarıçam/ADANA
Tel: 0 (322) 394 51 71-72 Fax: 0 (322) 394 51 73
Video