Sunstar 330 EC / Pendimethalin 300 g/l / Sunset Tarim / 5 lt, lt

82 ₼

Səbətə əlavə et
Kateqoriya: Məhsulun adı: Sunstar 330 EC / Pendimethalin 300 g/l / Sunset Tarim / 5 lt, lt / 90

Məlumat

SUNSTAR 330 EC bir illik dar yarpaqlı və geniş yarpaqlı yabanı otların cücərmə vaxtında nəzarət edilməsi üçün istifadə edilən bir herbisiddir. Artıq çıxmış otlara təsir etməz. Mədəni bitkilərin növünə görə əkindən əvvəl və sonra istifadə edilir.

DƏRMANIN İSTİFADƏYƏ HAZRILANMASI:
Tövsiyyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəni yarıya qədər su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəzəiyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hektara istifadə ediləcək su miqdarı 200-400 litr olmalıdır, dərmanlamada yelpikvarı başlıqlar istifadə edilməldir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir. Dərmanlama günün sərin saatlarında küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.

KALİBRASİYA:
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası aparılmalıdır. Hektara istifadə ediləcək su miqdarını müəyyən etmək üçün dərmanlama alətinin çəni su ilə doldurulur. Bu su ilə nə qədər sahənin isladıla bilinməsi müəyyən edilir və dərmanlamda istifadə ediləcək su miqdarı hesablanılır.
DƏRMANLAMA ALƏTİNİN TƏMİZLƏNMƏSİ:
Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
DƏRMANIN İSTİFADƏ QAYDASI:
Pambıq və Günəbaxan: Ən yaxşı nəticə əkindən əvvəl torpağa qarışdırılaraq dərmanlanması ilə əldə edilir. Əkibdən əvvəl tarla pulverizator ilə dərmanlama aparılır. Dərmanlamdan sonra 4 gün müddətində disk, rotoiller və ya dırmıq ilə 5-8 sm dərinliyində qarışdırılmaldır. Bu müddət ərzində 10 mm yağış yağarsa, torpağa qarışdırılması zəruri deyil. Pambıqda digər dərmanlama üsulu əkini təqib edərək 5 gün müddətində çıxışdan əvvəl dərmanlamadır.
KARTOF və QARĞIDALI: Əkindən sonra, çıxışdan əvvəl (pre-emergens olaraq) torpaq səthinə dərmanlama aparılır. Toxumun əkmə dərinliyi 4-5 sm olmalıdır.
Soğan: Çıxışdan əvvəl (pre-emergens) istifadə edildiyi kimi, soğan bitkilərinin 2 yarpaqlı dövründən sonra da istifadə edilə bilər.
Pomidor: Şitillər dərmanlamadan sonra 2-6 gün ərzində əkilməlidir. Şitil əkini ərəfəsində bitki mühafizə vasitəsinə bulaşmış torpaq təbəqəsinin köklərə təmas etməməsinə diqqət edilməlidir.
Quraq dövrlərdə SUNSTAR 330 EC ilə dərmanlamadan sonra 3-7 gün ərzində 5-10 mm sulama aparılmalıdır.
Dərmanlamadan sonra əkini edilə bilən bitkilər:
Dərhal sonra: Pambıq, lobya, noxud, qarğıdalı, soya lobyası, yer fıstığı, günəbaxan
6 ay sonra: Diger bitkiler
Herhansı bir səbəblə bitki mühafizə vasitəsinin istifadəsində tarla korlandığında;
Torpaq 15 sm işlənərək: Buğda, arpa, qarğıdalı, pambıq, pomidor, kartof, lobya, soya və noxud
Torpaq işlənmədən: Qarğıdalı, lobya, noxud.
DƏRMANIN MÜQAVİMƏTİ İLƏ BAĞLI MƏLUMAT:
SUNSTAR 330 EC adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup K1,3 olaraq sinifləşdirilmiş bir herbisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün SUNSTAR 330 EC-ni eyni məhsul sezonu dövründə tövsiyyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (K1,3 qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.
QARIŞDIRILMA ŞƏRTLƏRİ:
Digər məhsullarla qarışdırılmaq tövsiyə edilmir.

EMULSİYA KONSENTRATI (EC)
QRUPU | K1,3 | HERBİSİD (YABANI OT DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 330 g/L Pendimethalin

Əvvəlcə etiketdəki məlumatları oxuyun.
Evdə istifadə etməyin.
Uşaqlardan, qidala və heyvan yemlərindən uzaqda saxlayın.
Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olmasına qoymayın.
İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyyə edilən dozada istifadə edin.

BU DƏRMANIN TÖVSİYƏ EDİLƏN BİTKİLƏRDƏN ƏLAVƏ
BAŞQA BİTKİLƏRƏ İSTİFADƏSİ QADAĞANDIR.

İstifadə edilmiş dərmanın boş qabının içinə ¼ qədər təmiz su tökərərk, yaxşı çalxalayın, bu suyu dərmanlama alətinin çəninə boşaldın. Bu prosesi 3 dəfə təkakralayın.

ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ:
Gözlərdə və dəridə qaşınma, istilik.

İLK YARDIM TƏDBİRLƏRİ:
Tənəffüs edilərsə: P304+P340 nömrəli təhlükəsizlik tədbirlərinə baxın.
Dəri ilə təmas etdikdə: P302+P352 nömrəli təhlükəsizlik tədbirlərinə baxın.
Gözlə ilə təmas etdikdə: P305+P351+P338 nömrəli təhlükəsizlik tədbirlərinə baxın.
Udularsa: Ağzı su ilə yaxşı çalxalayın. Qusdurmayın. Dərhal tibbi yardıma müraciət edin. P301+P310 nömrəli təhlükəsizlik tədbirlərinə baxın.
VAKSİNİ VƏ MÜALİCƏSİ:
Xüsusi vaksini yoxdur. Əlamətlərə uyğun müalicə tətbiq edilir.

RESPUBLİKA TOKSİKOLOGİYA MƏRKƏZİ
TEL: (+994 12) 597-99-20, (+994 12) 597-99-24

TƏRKİBİ: Dərmanın tərkibində Pendimethalin, Ksilen var.
ZƏRƏRLİLİK İFADƏLƏRİ:
H226 - Alışqandır maye və buxar
H304 - Tənəffüs borusuna nüfuzu və yaxud udulması öldürücü ola bilər.
H315 – Dəri qaşınmasına səbəb ola bilər.
H317 – Alerjik dəri reaksiyalarına səbəb ola bilər.
H319 – Ciddi göz qaşınmasına səbəb ola bilər.
H332 – Nəfəs alınması halında zərərlidir.
H335 – Tənəffüs borusu qıcıqlanmasına səbəb ola bilər.
H373 – Uzun müddətli və ya təkrar təmas daxili orqanlarda xəsarətlərə səbəb ola bilər.
H410 – Su mühitində uzun müddət qalıcı və çox toksik təsirlidir.


TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:
P101 – Uşaqların əllərinin çatmayacağı yerdə saxlayın.
P210 – İstidən/qıvılcımdan/alovdan/isti səthlərdən uzaq saxlayın. Siqaret çəkməyin.
P264 – İstifadədən sonra əllərinizi yaxşı yuyun.
P273 – Ətraf mühitə buraxılmasından yayının.
P280 – Qoruyucu əlcəklər/qoruyucu geyimlər/gözlərin mühafizəsi/üzün mühafizəsi vasitələrindən istifadə edin.
P284 – Tənəffüs üçün qoruyucu geyinin.
P301+P310 – UDULDUĞUNDA: Toksikoloji mərkəziə və ya həkimə müraciət edin.
P302+P352 – DƏRİ İLƏ TƏMAS HALINDA: Bol su və sabun ilə yuyun.
P304+P340 – TƏNƏFFÜS EDİLDİKDƏ: Nəfəs alıb verməsində çətinlik çəkirsə, xəstəni təmiz havaya çıxardın və rahat nəfəs alması üçün uyğun vəziyyətə gətirin.
P305+P351+P338 – GÖZ İLƏ TƏMASI HALINDA: Su ilə 15 dəqiqə ehtiyatla durulayın. Taxılı göz linzaları varsa və rahat çıxardıla bilirsə linzaları çıxardın, Durulamağa davam edin.
P370+P378 – Yanğın halında: Söndürmək üçün quru toz və ya quru qum istifadə edin.
P362 – Çirkli paltarları çıxardın və yenidən istifadədən əvvəl yuyun.
P391 – Töküntüləri toplayın.
P403+P233 – Yaxşı havalandırılan anbarda saxlayın. Qabı kip qapalı tutun.
P405 – Qıfılı olan yerdə saxlayın.
P501 - İçindəkiləri/konteyneri tullantıları qaydalara uyğun şəkildə boşaldın, məhv edin.
EUH401 - İnsan sağlamlığına və ətraf mühitə risklərdən yayınmaq üçün istifadə təlimatlarına riayət edin.

İSTİFADƏ EDƏRKƏN VƏ SAXLAYARKƏN DİQQƏT EDİLƏCƏK XÜSUSİYYƏTLƏR:
• Arılar üçün zəhərlidir, çiçəklənmə dövründə istifadə etməyin.
• Balıqlar üçün zəhərlidir ,sulara axıtmayın.
• Dərmanlamadan yaxşı nəticə almaq üçün, dərmanlama ilə bağlı tövsiyələrə mütləq riayət edin.
• Toxum yatağı yaxşı hazırlanmalıdır, torpaq incə və kəsəksiz olmaldır.
• Tövsiyyə edilən əkin dərinliyinə əməl edilməldir.
• Bitki mühafizə vasitəsindən yaxşı nəticə edilməsi üçün torpağın rutubətli olması şərtdir.
• 10%-dən çox orqanik maddə olan torpaqlarda istifadə edildiyində otlarda azalma ola bilər, qumlu torpaqlarda istifadə edilməməlidir.
• Dərmanlama düzgü aparılmamışdırsa və ya torpağa qarışdırma işi tövsiyyə ediləndən daha dərinə edilibdirsə, yababı ota təsiri azalır və ya bitkiyə zərər verə bilər.
• Su gölməçələnən yerlərdə istifadə edilməməlidir.
• Açıq alovdan, qıvılcımlardan və istidən uzaq tutun.
• Dərmanlamadan sonra dərmanlama alətini təmizləyin.
• Boş qabları başqa məqsədlər üçün istifadə etməyin.

SAXLANMA QAYDASI:
Normal (sərin və quru) şərtlərdə orjinal qablarda, açılmadan saxlanıldıqda 2 il müddətində fiziki, kimyəvi və bioloji özəlliklərində heç bir dəyişiklik (görünüş xaric) olmaz.

İSTEHSALÇININ BƏYANATI:
Orijinal qablaşdırmalarda satılmaq şərti ilə istehsalçı dərmanların keyfiyyətinə zəmanət verir. İstehsalçı saxlanma şərtləri pozulduqda və ya istifadə qaydalarına uyğun dərmanlama həyata keçirilmədikdə məhsulun keyfiyyətinə zəmanət vermir və hər hansı bir zərər üçün öhdəlik daşımır.

LİSENZİYA SAHİBİ və İSTEHSALÇI ŞİRKƏT:
SUNSET KİMYA TARIM ÜRÜNLERİ VE ALETLERİ İML. PAZ. SAN. VE TİC. LTD. ŞTİ. Adana Hacı Sabancı Organize Sanayi Bölgesi Toros Cad. No:11 Sarıçam/ADANA
Tel: 0 (322) 394 51 71-72 Fax: 0 (322) 394 51 73

Video

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon