Lena Elf Süper 5 EC / Quizalafop p ethyl 50 g/l / Sunset Tarim / 1 lt, lt

15.9 ₼

Səbətə əlavə et
Kateqoriya: Məhsulun adı: Lena Elf Süper 5 EC / Quizalafop p ethyl 50 g/l / Sunset Tarim / 1 lt, lt / 89

Məlumat

DƏRMANIN İSTİFADƏYƏ HAZRILANMASI:
Tövsiyyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəni yarıya qədər su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəzəiyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hektara istifadə ediləcək su miqdarı 200-400 litr olmalıdır, dərmanlamada yelpikvarı başlıqlar istifadə edilməldir. Hazırlanan qarışım eyni gündə içində istifadə edilməlidir.

KALİBRASİYA:
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Hektara istifadə ediləcək su miqdarını müəyyən etmək üçün dərmanlama alətinin çəni su ilə doldurulur. Bu su ilə nə qədər sahənin isladıldığı və dərmanlamada istifadə ediləcək su miqdarı hesablanır.

DƏRMANLAMA ALƏTİNİN TƏMİZLƏNMƏSİ:
Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.

DƏRMANIN İSTİFADƏ QAYDASI:
Dərman yabanı otların 3-6 yarpaqlı olduğu və sürətli inkişaf göstərdikləri gənc dövrdə (Hələb sorqumu üçün dövr yabanı otların 30 sm olduğu dövrdədir.) otların üzərinə püskürtərək istifadə olunur. Dərmanlamada bütün sahəni əhatə etməlidir. Yabanı otların inkişafının çox yavaş olduğu quraq şərtlərdə və aşağı dərəcə istilərdə dərmanlama aparılmamalıdır.

DƏRMANIN MÜQAVİMƏTİ İLƏ BAĞLI MƏLUMAT:
LENAELF SUPER adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup A,1 olaraq sinifləşdirilmiş bir herbisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün LENAELF SUPER-ni eyni məhsul sezonu dövründə tövsiyyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (A,1 qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.

QARIŞDIRILMA ŞƏRTLƏRİ: Qələvi tərkibli dərmanlarla qarışdırılmamalıdır.

EMULASİYA KONSENTRAT (EC)
QRUPU | A,1 | HERBİSİD (YABANI OT DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 50 g/L Quizalofop-p-ethyl

• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qidala və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 7 gün müddətində insan və heyvan daxil olmasından qoruyun.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyyə edilən dozada (norma) istifadə edin.

BU DƏRMANIN TÖVSİYƏ EDİLƏN BİTKİLƏRDƏN ƏLAVƏ
BAŞQA BİTKİLƏRƏ İSTİFADƏSİ QADAĞANDIR.
İstifadə edilmiş dərmanın boş qabının içinə ¼ qədər təmiz su tökərərk, yaxşı çalxalayın, bu suyu dərmanlama alətinin çəninə boşaldın. Bu prosesi 3 dəfə təkakralayın.

ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ:
Baş dönməsi, baş ağrısı, halsızlıq, bulanlıq görmə.

İLK YARDIM TƏDBİRLƏRİ:
Tənəffüs edilərsə: Xəstəni dərmanlamış ərazidən uzaqlaşdırıb, təmiz havaya çıxardın. Nəfəs almırsa tibbi yardıma müraciət edin və mümkünsə süni tənəffüs edin. Dərhal tibbi yardıma müraciət edin.
Dəri ilə təmas etdikdə: Çirkli paltarları çıxarın, bol su ilə yuyun və qurulayın, qaşınma olarsa dərhal tibbi yardım alın.
Gözlə ilə təmas etdikdə: Maruz qalan gözü, göz qapaqlarını açıq şəkildə və göz qapaqlarını göz yuvasından mümkün qədər uzaqlaşdıraraq bol su ilə yuyun. Göz linzaları varsa və rahat çıxardılırsa, 1-2 dəqiqə sonra çıxardın və yumağa davam edin. Qaşınma olarsa tibbi yardıma müraciət edin.
Udularsa: ən yaxın səhiyyə mərkəzinə müraciət edin bu dərmanın etiketi göstərin və tibbi yardım alın. Tibbi olaraq tövsiyə edilmədikcə qusdurmayın. Xəstə huşsuz deyilsə ağzını bol miqdarda su ilə çalxalayın. Xəstənin ümumi vəziyyətini dəyərləndirib, əlamətlərə görə müalicə tətbiq edin.

VAKSİNİ VƏ MÜALİCƏSİ:
Xüsusi vaksini yoxdur. Əlamətlərə uyğun müalicə tətbiq edilir.

RESPUBLİKA TOKSİKOLOGİYA MƏRKƏZİ
TEL: (+994 12) 597-99-20, (+994 12) 597-99-24

TƏRKİBİ: Dərmanın tərkibində Quizalofop-P-ethyl , Ksilen var.
ZƏRƏRLİLİK İFADƏLƏRİ:
H226 – Alışqandır maye və buxar.
H312 – Dəri ilə təması halında zərərlidir.
H315 - Dərinin qaşınmasına səbəb olur.
H318 – Ciddi göz xəsarətinə səbəb olur.
H332 – Tənəffüs edilməsi halında zərərlidir.
H413 – Ətraf mühitdə uzun müddət qalıcı və toksik təsirlidir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:
P102 – Uşaların əli çatmayan yerdə saxlayın.
P210 – İstidən/qıvılcımdan/alovdan/isti səthlərdən uzaq saxlayın. Siqaret çəkməyin.
P264 - İstifadə etdikdən sonra əllərinizi təmiz yuyun.
P270 – Bu dərmanı istifadə edərkən heçnə yeməyin, içməyin və ya siqaret çəkməyin.
P273 - Ətraf mühitə buraxılmasından yayının.
P280 - Qoruyucu əlcəklər/qoruyucu geyimlər/gözlərin mühafizəsi/üzün mühafizəsi vasitələrindən istifadə edin.
P501 - İçindəkiləri/konteyneri tullantıları qaydalara uyğun şəkildə boşaldın, məhv edin.
EUH401 - İnsan sağlamlığına və ətraf mühitə risklərdən yayınmaq üçün istifadə təlimatlarına riayət edin.

İSTİFADƏ EDƏRKƏN VƏ SAXLAYARKƏN DİQQƏT EDİLƏCƏK XÜSUSİYYƏTLƏR:
• Balıqlar üçün zəhərlidir. Su qaynaqlarına boşaltmayın.
• Anbarda başqa dərmanlarla qarışmasına mane olun.
• Dərmanın hazırlanmasında təmiz sudan istifadə edin.
• Boş dərman qablarını başqa məqsədlər üçün istifadə etməyin, qaydalara uyğun məhv edin.
• Toxumlara təmas etdirməyin.
• Buğdalara qarşı fitotoksikdir.

SAXLANMA QAYDASI:
Normal (sərin və quru) şərtlərdə orjinal qablarda, açılmadan anbarladıqda 2 il müddətində fiziki, kimyəvi və bioloji özəlliklərində görünüş xaric bir dəyişiklik olmaz.

İSTEHSALÇININ BƏYANATI:
Orijinal qablaşdırmalarda satılmaq şərti ilə istehsalçı dərmanların keyfiyyətinə zəmanət verir. İstehsalçı saxlanma şərtləri pozulduqda və ya istifadə qaydalarına uyğun dərmanlama həyata keçirilmədikdə məhsulun keyfiyyətinə zəmanət vermir və hər hansı bir zərər üçün öhdəlik daşımır.

LİSENZİYA SAHİBİ və İSTEHSALÇI ŞİRKƏT:
SUNSET KİMYA TARIM ÜRÜNLERİ VE ALETLERİ İML. PAZ. SAN. VE TİC. LTD. ŞTİ. Adana Hacı Sabancı Organize Sanayi Bölgesi Toros Cad. No:11 Sarıçam/ADANA
Tel: 0 (322) 394 51 71-72 Fax: 0 (322) 394 51 73

Video

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon